Azərbaycan əhalisinin sayı AÇIQLANDI 

17:50 17.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan əhalisinin sayı açıqlanıb.

 

Bu barədə hafta.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, 2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il aprel ayının 1-i vəziyyətinə 10 138 585 nəfər təşkil edib.

 

Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.